9 C
Baku
24 Noyabr 2020
Dünya

Virusoloqdan PROQNOZ — “Qışda koronavirus pandemiyası…”

Tədqiqatlar göstərib ki, may ayında virus mart ayına nisbətən on dəfə zəifləyib.

“Ölkə.Az” xəbər verir ki, bu barədə italyan virusoloq, Vita-Salute San Raffaele Universitetinin prorektoru Massimo Klementi danışıb. O, səbəbi virusun mart ayının ilk həftələri ilə müqayisədə zəifləməsi ilə izah edib.

Klementinin rəhbərlik etdiyi Mikrobiologiya və virusologiya laboratoriyasının işçiləri martın 1-dən martın 15-dək xəstəxanaya yerləşdirilən 100 xəstənin və mayın sonunda qəbul olunan 100 xəstənin vəziyyətini müqayisə edən araşdırma aparıb. Mütəxəssislər viral yükü – virusun RNT-nin bir millilitr qan plazmasında hesablana bilən hər hansı virus infeksiyasının şiddətini qiymətləndirib. Tədqiqat nəticəsində alimlər epidemiyanın əvvəlində virus yükünün sonuna nisbətən bir neçə dəfə çox olduğunu aşkar edib.

Eyni zamanda, sətəlcəm xəstələri və reanimasiya şöbəsində müalicəyə ehtiyacı olanların sayı azalıb. Xəstələrin çoxu evdə müalicə edilə bilib.

Koronavirusun zəifləməsi təkcə Vita-Salute San Raffaele Universitetinin alimlərinin apardığı araşdırma ilə təsdiqlənməyib. Klementi bildirib ki, ingiltərəli mütəxəssislər də Çin, Avropa və ABŞ-da pandemiyanın müxtəlif mərhələlərində virus genomunun ardıcıllığını təhlil edib.

Related posts

Pentaqondan mülki əhaliyə hücum edən Ermənistana ETİRAZ

Admin

Tehranda xəstəxanada baş verən partlayış nəticəsində 20 nəfər həlak olub

Admin

Rusiya və Çindən skandal veto: 3 milyon insanı yardıma möhtac qoyacaqlar

Admin

Leave a Comment