8 C
Baku
26 Noyabr 2020
Dünya

Navalnı daha bir irimiqyaslı korrupsiyanın üstünü açdı

Rusiya müxalifətinin lideri, Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri Aleksey Navalnı federal qurumlar və onların rəhbərlərinin korrupsiya əməlləri haqqında ifşaedici faktlar yaymağa davam edir. A.Navalnı bu dəfə Federal Təbii Resurslara Nəzarət Xidmətinin rəhbəri Svetlana Rodionovanın ailəsinə məxsus şübhəli əmlak və digər mailyyə vəsaitlərinə diqqət çəkib.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, Korrupsiya ilə Mübarizə Fondu Svetlana Rodionovanın pensiyaçı valideynlərinin adına Moskva şəhərində 655 milyon rubl (9 milyon 373 min ABŞ dolları) dəyərində 4 mənzil, habelə Fransanın kurort bölgələrindən sayılan Nitsa şəhərində 40 milyon rubl (572 min 400 ABŞ dolları) məbləğində daşınmaz əmlakı olduğunu üzə çıxarıb.

Bundan başqa, yüksək rütbəli məmurun “sadə pensiyaçı” valideynlərinin Moskva vilayətində 34 sotluq bağ sahəsi, 600 kv.m-lik evi olduğu aşkar edilib.

Fransanın lacivərd sahillərində Gennadi və Tatyana Rodionovlara məxsus mənzil olduğu da bildirilir. 2011-ci ildə Svetlana Rodionavanın Moskvanın elitar Furmann bölgəsində 102 kvadrat metrlik mənzil aldığı qeyd olunur. Həmin mənzilin 86 milyon rubl qiymətində (1 milyon 23 min ABŞ dolları) olduğu vurğulanır.

Araşdırmada Svetlana Rodionovanın qardaşı Qriqori Rodionovla bağlı faktlar da yer alıb. Q.Rodionov Moskva şəhərinin Qərb dairəsinin prokurorudur. Qriqori Rodionovun Moskvanın lüks səmtlərindən Svetnoy bulvarda 189 kvadrat metrlik mənzilə sahib olduğu göstərilib. Həmin binada Moskva şəhər merinin müavini Pyotr Biryukov, Rusiyanın populyar teleaparıcısı Dmitri Kiselyov kimi şəxslər yaşayır. Həmin binada Svetlana Rosionova 160 və 163 kvadrat metrlik iki mənzil də alıb.

Özü də Svetlana Rodionova 2017-ci ildə gəlir bəyannaməsində ayda 400 min rubl qazandığını və sadəcə 60 kvadrat metrlik mənzilə sahib olduğunu göstərib.

Materialda vurğulanır ki, Svetlana Rodionova karyerasına 22 yaşında, prokurorluq orqanlaranda başlayıb. Federal Xidmətin rəhbəri vəzifəsinə təyin olunana qədər S.Rodionova Rostexnadzor (Federal ekologiya, texnoloiya və atom nəzarəti xidməti) rəhbərinin müavini olub və orada neft sahəsinə kuratorluq edib.

Mətbuatın yazdığına görə, Svetlana Rodionova karyerasını Putin rejiminə, Federal Vergi Xidmətinin yüksək rütbəli məmuru Anton Ustinova borcludur. A.Navalnı onların arasında sevgi münasibətlərinə də işarə vurub.

Related posts

Ərdoğan xarici siyasətdə uğurludur? – “ABŞ bu məsələdə Türkiyəyə uduzdu” / TƏHLİL

Admin

ABŞ-da daha bir qaradərili qalmaqalı: polis silahdan atəş açdı

Admin

İranla qarşıdurmaya yol açacaq həmlə: Tarixdə ilk dəfə olaraq…

Admin

Leave a Comment