4 C
Baku
23 Noyabr 2020
Sosial

Rəhim Qazıyevi döyən şəxs – Kürəkəni imiş

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev qeyd edib ki, keçmiş kürəkəni tərəfindən R.Qazıyevə əvvəllər də analoji qaydada xəsarət yetirməsi ilə bağlı hazırda məhkəmə prosesi aparılır

BAKI, 13 iyun – Sputnik. Rəhim Qazıyevin xəsarət alması ilə bağlı başlanan cinayət işi üzrə keçmiş kürəkəni tərəfindən törədilməsi faktı üzrə istintaq araşdırmaları başlanılıb.

Bu barədə Sputnik Azərbaycan-a Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Sözçü qeyd edib ki, keçmiş kürəkəni tərəfindən R.Qazıyevə əvvəllər də analoji qaydada xəsarət yetirməsi ilə bağlı hazırda məhkəmə prosesi aparılır:

“Əlavə məlumat veriləcək”.

Xatırladaq ki, Azərbaycanın keçmiş Müdafiə naziri Rəhim Qazıyev iyunun 12-də küçədə hücuma məruz qalıb.  “Azadlıq” qəzeti sosial şəbəkədə insidentdən foto paylaşaraq R.Qazıyevin başından yaralandığını yazıb. Vətəndaşlar ona yardım göstərib, polisə və təcili yardıma müraciət ediblər.

Read more: https://sputnik.az/life/20200613/424189108/rehim-qaziyev-doyen-tapildi.html

Related posts

Suraxanı rayonunda “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib

Admin

Azərbaycan Türkiyə ilə birgə hərbi təlimlər keçirəcək

Admin

Əli Həsənovun Antalyadakı villasının qiyməti… – Foto

Admin

Leave a Comment