11 C
Baku
27 Noyabr 2020
Sosial

Toysuz qalan meyxanaçılar: “Az qalırıq, havalanaq..”

Toy və şənliklərin təxirə salınması onları çətin vəziyyətə salıb; aralarında peşəsini dəyişən də var…

Artıq 3 aydır ölkədə toy, şənlik məclisləri keçirilmir. Müğənnilər vəziyyətlərinin ağır olduğu barədə dəfələrlə mətbuata açıqlama veriblər və şənlik məclislərinə qoyulan qadağanın tədricən aradan qaldırılmasını istəyiblər.

Artıq bəzi müğənnilər digər peşələrə üz tutmağa başlayıb. Məsələn, gənc müğənni, “Abşeron” qrupunun solisti Şəhriyar Məhərrəmov taksi sürücüsü kimi fəaliyyətə başladığını bəyan edib. Maraqlıdır, müğənnilər kimi qazanc yerləri toylar olan meyxanaçıların vəziyyəti necədir? Onların arasında da peşəsində dəyişiklik etməyi düşünənlər varmı?

Məsələ ilə bağlı bir neçə tanınmış meyxanaçının rəyini öyrənməyə çalışdıq.

Namiq Qaraçuxurlunun toy günü gizlədiyi xanımı - VİDEO

Meyxanaçı Namiq Qaraçuxurlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, maddi durumu ilə bağlı o qədər də problem yaşamır: “Hətta bu neçə ay ərzində hesablamadığım şeylər baş verdi. Allah mənə müəyyən sifarişlər yetirdi, musiqi, söz satdım. Bununla da birtəhər başımızı dolandırırıq. Amma 1-2 aydan  sonra vəziyyətimiz necə olacaq, bu mənim üçün də qaranlıq qalıb”.

Meyxanaçı Vüqar Əbdülov isə vəziyyətin çox ağır olduğunu dedi: “Hərdən hansısa dostlarım zəng edib, çay bəhanəsi ilə çağırır, ya da mahnıya sözlər yazmağı təklif edirlər. Bu yolla birtəhər aclıqdan ölmək təhlükəsini uzaqlaşdırmışıq. Əvvəllər həftəyə 2-3 toyumuz olurdu. Qazancımız toylardan, məclislərdən çıxırdı. İndi isə qeyd etdiyim kimi, dostların dəstəyi ilə ayaqda durmağa çalışırıq. Yaxşı günün dostları pis gündə də yanımızdadırlar”.

Qəzada üzüm cırıldı deyə aktyor yox, meyxanaçı oldum" - Vüqar ...

“Vəziyyət bu cür davam edərsə, başqa peşəyə yönəlməyi düşünürsüzmü” sualımıza isə meyxanaçı bu cür cavab verdi: “Pul qazanmaq kişi üçün ayıb deyil. Taksi sürmək də, fəhləlik etmək də mümkündür. Sadəcə, gözləyir və ümid edirik ki, bu vəziyyət düzəlsin. Əlbəttə ki, vəziyyət yenə də bu cür davam edərsə, düşünməliyik ki, başqa nə edək. Amma mənim başqa işi bacarmıram. Bəlkə də gələcəkdə veriliş və filmlərdə, televiziya və yaxud mətbuatda işçi kimi işləməyi düşünüm. Bu da sırf dolanmaq məqsədi ilə ola bilər. Amma qeyd etdiyim kimi, başqa fiziki bir iş əlimdən gəlmir. Mən yenə ya mahnıya şeir yazır, ya da hansısa layihədə işləyirəm. Amma bu vəziyyətdən daha çox əziyyət çəkənlər toy sahəsində çalışanlar, əsasən ofisiantlar, instrumental ifaçılardır. Onu da vurğulayım ki, mövcud vəziyyətlə bağlı heç də üsyan etmirəm. Bəzən bu barədə fikir bildirəndə bunu başqa yerə yozanlar olur. Əlbəttə, mən də səslənirəm ki, bu pandemiyanın bitməsi, hər şeyin yenidən öz əvvəlki vəziyyətinə geri dönməsi üçün yoluxma sayı azalmalı, xəstələr sağalmalıdır”.

Samirə Yusifqızı - Səndən ayrila bilmirəm - YouTube

Müğənni-meyxanaçı Samirə Yusifqızı isə bunları qeyd etdi: “Mən əslində meyxanaçı deyil, ali təhsilli peşəkar müğənniyəm. Belə ki, Asəf Zeynalı adına Musiqi Kollecini, konservatoriyanı bitirmişəm. Hazırda çox az hallarda kiçik məclislərə dəvət olur, o da çalışıram ki, elə məclislərə getməyim. Bildiyiniz kimi artıq 3 aydır ki, məclislər yoxdur. Ümidimiz bir Allaha qalıb. Yaxşı dostların Allah canını sağ etsin, bəzisi pul göndərir, bəzisi isə bazarlıq edir. Ancaq bu cür dolanırıq. Başqa gəlirimiz yoxdur. Mənim diplomum, sənətim bu işlə bağlıdır. Başqa hansı peşə ilə məşğul olum? Ticarət əlimdən gəlmir. Tutaq ki, 10 manata nəsə alsam, onu kiməsə heç 5 manata sata bilmərəm. Yəni bu işi bacarmıram. Həkim, müəllim deyiləm. Başqa sənətim yoxdur harada işləyim və qazanım. Mənim kimi bir çoxunu nə gözləyir? Uşaqlarım nəylə dolansın? Banklar kreditlərini istəyir. Onlar bizə heç güzəştə getmir, hər gün zəng edirlər. Nə qədər kredit üstümdə qalıb, az qala havalanım. Bu nə dərəcədə doğrudur? Bununla bağlı bir ölçü götürülməldir. Ya bizə kompensasiya ödənilsin, ya da bu sahə adamlarına az da olsa, güzəştlər olmalıdır. Ailəmizdə heç kəs 190 manatı ala bilmədi”.

“Diplomunuz olduğu halda niyə müəllim kimi fəaliyyət göstərməmisiz” sualımıza Samirə Yusifqızı bu cür cavab verdi: “Vaxtında müəllim kimi işləmək üçün məndən külli miqdar pul istədilər. Ona görə də mənim imkanım olmadı və müəllim kimi işləyim. Bundan sonra da cəhd edə bilmərəm. Çünki çətin ki, bu yaşdan sonra kimsə məni işə götürsün”.

Related posts

Azərbaycanda məktəblər açıla bilər — Bu tarixdə

Admin

Azərbaycanda koronavirusa yoluxanların sayı 20 mini ötdü

Admin

Pensiya və təqaüd kartını itirənlərin nəzərinə!

Admin

Leave a Comment