8 C
Baku
25 Noyabr 2020
Sosial

Bakı-Sumqayıt şossesində yük avtomobili qəza törədib, xəsarət alan var – FOTO

Abşeron rayonunda yük maşını yol-nəqliyyat hadisəsi törədib.

APA xəbər verir ki, qəza Xırdalan qəbiristanlığının yaxınlığında qeydə alınıb.

Elman Ağaməmmədov idarə etdiyi “DAF” markalı yük maşını ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi beton arakəsmələrə çırpılıb.

Hadisə zamanı sürücü xəsarət alıb, avtomobil isə deformasiyaya uğrayıb.

Sürücünün APA-ya verdiyi məlumata görə, o, Rusiya Federasiyasından Bakıya qapı gətirirmiş. Yolun bir hissəsinin qazılması, eyni zamanda yağışlı hava şəraiti səbəbindən idarəetməni itirib.

Zərbənin gücündən yük maşınının yanacaq çəni zədələndiyindən avtomobilin yanacağı yola dağılıb.

Əraziyə Dövlət Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

 

 

 

Related posts

Özünüməşğulluq proqramına cəlb olunan şəxslər təlim mərhələsi keçmədən aktivlərlə təmin olunacaq

Admin

Ayı tutularaq Reabilitasiyası Mərkəzinə göndərildi – VİDEO – YENİLƏNİB

Admin

İdarə Prezidentə yanlış məlumat verib? Bu da təkcə Sumqayıtda Səfərbərlik İdarəsinin qarşısı (VİDEO)

Admin

Leave a Comment