4 C
Baku
23 Noyabr 2020
Sosial

Sabiq icra başçısı və adamlarının həbs müddəti uzadıldı – YENİLƏNİB

Hakim önünə çıxarılan sabiq icra başçısı və digər vəzifəli şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay müddətinə artırılıb.

***

Dövlət Təhlükəsizliyi Xidmətinin saxladığı Neftçala rayonunun sabiq başçısı hakim qarşısına çıxarılır.

Musavat.com xəbər verir ki, sabiq icra başçısı İsmayıl Vəliyev və şöbə müdiri Anar Cəfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti başa çatır.

Bu səbəbdən onlar yenidən istintaq orqanının təqdimatı əsasında Səbail Rayon Məhkəməsinə gətiriliblər.

Hər iki şəxs barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılacağı gözlənilir.

Sabiq başçı ilə yanaşı digər vəzifəli şəxslər – icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov da bu cinayət işi üzrə təqsirləndirilirlər.

Qeyd edək ki, onlar rüşvət alma, rüşvət vermə, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunurlar.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə İsmayıl Məhərrəm oğlu Vəliyev Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

İlkin Muradov

Related posts

Bu tarixdə buraxılış imtahanları keçiriləcək

Admin

Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək

Admin

AZAL-dan sərnişinlərə müraciət

Admin

Leave a Comment