10 C
Baku
24 Noyabr 2020
Ordu

Deputat: “Gənc əsgərlər koronavirusa görə ciddi yoxlamadan keçiriləcək”

“Şəxsi heyətin koronavirusa yoluxması ehtimalının qarşısını almaq üçün ordu sıralarına yeni daxil olan bütün əsgərlər bir-bir ciddi yoxlanılacaq”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib.

O hesab edir ki, Azərbaycan Ordusunda yoluxma halının olmaması, çağırışçıların və xidmətdə olan şəxsi heyətin təhlükəsizliyinin qorunması üçün belə yoxlama vacibdir: “Çağırışçılar üçün pandemiya dövründə karantin rejimi olacaq. Azərbaycan Siahlı Qüvvələrində yoluxmanın qarşısını almaq üçün onlar ciddi yoxlanılacaq. Çağırışçılar vətən qarşısında öz borclarını ödəməyə hər zaman hazır olmalıdırlar. Yəni pandemiya buna mane olmamalıdır”.

Deputat qeyd edib ki, pandemiya dövrünə baxmayaraq, gənclərin xidmət keçmək istəyi böyükdür: “Bu gün Azərbaycan gəncləri hər an vətən uğrunda döyüşlərə hazırdırlar”.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2020-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2020-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2020-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılırlar.

Related posts

Azərbaycan və Türkiyə HHQ-nin aviasiya vasitələri Gəncə şəhəri üzərində birgə uçuşlar keçirib – VİDEO

Admin

“Bu zirvədən o məkana bir döyüşlük yol qalıb”

Admin

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 36 dəfə pozub.

Admin

Leave a Comment