7 C
Baku
29 Noyabr 2020
Sosial

Bu Mərkəzlər 14-15 iyun tarixlərində işləməyəcək

14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək

BAKI, 11 iyun — Sputnik. DOST mərkəzləri və 142 Çağrı Mərkəzi 13 iyun saat 10:00-dan 13:00-dək fəaliyyət göstərəcək.

DOST Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Nazirlər Kabinetinin qərarına əsasən, 14 və 15 iyun tarixlərində DOST mərkəzləri və Çağrı Mərkəzi 142 fəaliyyət göstərməyəcək: “Vətəndaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi tələb və qaydalarına əməl etməyə, özlərinin və yaxınlarının sağlamlığını qorumağa çağırırıq”.

Qeyd edək ki, 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək.

Read more: https://sputnik.az/life/20200611/424169668/bu-merkezler-14-15-iyun-tarixlerinde-ishlemeyecek.html

Related posts

Bakıda polis postlarının yığışdırılma səbəbi açıqlandı – Rəsmi

Admin

İyulun 1-dən toy mərasimlərinin keçirilməsinə icazə veriləcək

Admin

“Qadınların çox danışmağı məni əsəbiləşdirir”

Admin

Leave a Comment