8 C
Baku
27 Noyabr 2020
Sosial

Azərbaycan: uçuşlar üçün yeni qaydalarda nələr var?

Koronavirus epidemiyası dövründə Azərbaycanda uçmaq istəyən sərnişinlər bəzi qaydalara əməl etməli olacaqlar. Bununla bağlı Baş nazir Əli Əsədov müvəqqəti qaydaları təsdiq edib.

Azərbaycanda koronavirus pandemiyasına görə mart ayından bəzi istisnalarla ölkəyə giriş-çıxış iyulun 1-nə qədər qadağan edilib. Daxili uçuşlar da dayandırılıb.

Yeni qaydalara görə, uçuşdan əvvəl 48 saat ərzində COVID-19 testindən keçən və nəticəsi neqativ olan sərnişinlər bu barədə arayışı təqdim etməklə uçuşa buraxılırlar. Belə müayinə xərcləri sərnişinlərin özləri tərəfindən ödənilir. Ölkədaxili uçuşlarda Azərbaycan Respublikasının vətəndaşları üçün bu müayinələr ödənişsiz əsaslarla aparılır.

Azərbaycanda iki günlük ev təcridi elan edildi, ölkə üzrə karantin rejimi uzadıldı

Azərbaycan: “İyulun 1-dək bütün hava limanları sərnişin reysləri üçün bağlıdır”

Sərhəd nəzarəti zamanı belə arayışı təqdim edə bilməyən Azərbaycan Respulikasının vətəndaşları iki həftəlik karantinə alınır, xarici ölkələrin vətəndaşları isə ölkə ərazisinə buraxılmır və aviadaşıyıcı hesabına həmin uçuşla geri qaytarılır.

Hava limanı ərazisində və uçuş zamanı tibbi maskalardan istifadə məcburidir. Tibbi maskaların xüsusi tələb (məsələn, qeydiyyat və minik zamanı, uçuşqabağı təhlükəsizlik baxışı və sərhəd nəzarəti proseduru icra olunarkən səlahiyyətli şəxsin tələbi ilə) və zərurət olmadan (məs. qidalanma zamanı) çıxarılmasına yol verilmir.

Sərnişinlər uçuşdan ən azı 4 saat əvvəl aerovağzal kompleksinə gəlməlidirlər.

Aviaşirkətlərin bütün reyslərində əl yükünün daşınmasına icazə verilmir. Aviaşirkətlərin qaydalarına əsasən müəyyən edilən yalnız şəxsi istifadə əşyalarının (noutbuk, portfel, qadın çantası və s.) daşınması mümkündür.

Əhali sıxlığının qarşısının alınması məqsədilə qarşılayan və yola salan şəxslərin terminala girişi qadağandır.

Hərarəti 37.50C-dən yuxarı olan şəxslər aerovağzal kompleksinə buraxılmayacaq. Onlar hava limanının girişindəki tibb məntəqəsinə və COVID-19-a şübhəli simptomlar müəyyən edildikdə, xüsusi avtomaşın vasitəsilə sonrakı müayinə üçün müvafiq tibb müəssisəsinə göndəriləcəklər.

Sərnişinlər qeydiyyat zamanı COVID-19 əlamətlərinin, yəni yüksək hərarət, öskürək və təngnəfəslik, ürəkbulanma, qusma, ishal, əzələ ağrısı, boğaz, oynaq və ya baş ağrılarının olub-olmaması ilə bağlı sorğu-suala tutulacaqlar.

Azərbaycanda koronavirusa ilk yoluxma fevral ayının sonlarında qeydə alınıb. Bundan bir müddət sonra ölkə bəzi hərəkət məhdudiyyətləri tətbiq edib və sərhədlərini bəzi istisnalarla bağlayıb.

Related posts

Adamlarsız qəribsəmiş Bakı vağzalı… FOTO REPORTAJ

Admin

“Maskasız həyat tərzimiz olmayacaq” – TƏBİB rəsmisi

Admin

Ombudsman Səbinə Əliyeva Tofiq Yaqubluya baş çəkdi

Admin

Leave a Comment