7 C
Baku
29 Noyabr 2020
Dünya

Çində daha yeddi nəfər koronavirusa yoluxdu

Çində ötən sutka ərzində 7 nəfərdə yeni növ koronavirusun aktiv forması və bir simptomsuz yoluxma halı aşkarlanıb, 4 pasiyent sağalıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Koronavirus xaricdən gələn ölkə vətəndaşlarında aşkarlanıb. Ötən sutka ərzində koronavirusdan ölən olmayıb.

Qeyd edilir ki, ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 83 064 nəfərə çatıb. Ölkədə müalicə alan 78 365 nəfər sağalıb, 4 634xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Hazırda 104 simptomsuz koronavirus daşıyıcısı həkimlərin nəzarəti altında saxlanılır.

Related posts

Kosta Rika BVF-dan daha 1,75 milyard dollar istəyir

Admin

Saakaşvili: Prokuror özündə güc tapdı və…

Admin

Braziliyada bir gündə 904 nəfər pandemiyanın qurbanı oldu

Admin

Leave a Comment