9 C
Baku
29 Noyabr 2020
İqtisadiyyat

Azərbaycan dövləti mövcud vəziyyətdən az itkilərlə çıxır

“Görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı dayanmışdır və qabaqlayıcı tədbirlər nəticəsində bu gün vəziyyət tam nəzarət altındadır” bu sözləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyun ayının 9-da Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılışı zamanı bildirmişdir”. “Olaylar” YAP Nəsimi rayon təşkilatının üzvü İradə Hüseynova qeyd edib ki, koronavirus pandemiyasının dünyada geniş tüğyan etdiyi bir zamanda ölkəmizdə Prezident İlham Əliyevin uzaqgörənliyinin nəticəsi olaraq vaxtında qəbul edilən düzgün qərarlar itkiləri minimuma endirməyə imkan yaradıb: “Dövlət əhalinin ən müxtəlif təbəqələrinə maksimum sosial dəstək göstərir. Təsadüfi deyil ki, Azərbaycan koronavirusa qarşı mübarizə tədbirlərinin effektivliyi ilə seçilən ölkələr sırasında yer almışdır.    Azərbaycan hökumətinin atdığı addımlar, qəbul edilən qərarlar göstərdi ki, vəziyyət gecə-gündüz Prezidentin nəzarətindədir. O, hadisələrin gedişini diqqətlə izləyir, risklər öyrənilir və dəqiq qiymətləndirilir. Dövlətimizin başçısı çıxışında ölkədə 20-dən çox laboratoriyanın  fəaliyyət göstərdiyini , qabaqlayıcı tədbir kimi modul tipli xəstəxanaların sayının 10-na çatdırıılmasını, bu işdə  4 -nün özəl sektorun vəsaitinə, qalan 6 xəstəxanın Koronavirusla Mübarizəyə Dəstək Fondu hesabına tikiləcəyini vurğulamışdır. O, qeyd etmişdir ki, bunun üçün ilkin olaraq prezidentin ehtiyat fondundan 20 milyon manat, sahibkarlar və adi vətəndaşların hesabına 100 milyon manatın ötüb keçdiyini və xalqımızın çətin dövründə həmrəylik və birlik nümayiş etdirdiyini bildirmişdir”.

Onun sözlərinə görə, xüsusi karantin rejimi təkcə dövlət orqanlarının deyil, ümumilikdə bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə böyük məsuliyyət qoyur: “Azərbaycan dövləti sadəcə öz problemlərini həll etmir, eyni zamanda başqa dövlətlərə də yardımlar edir. Bu günlərdə Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə  bir sıra xarici ölkələrə humanitar yardımlar göstərilmişdir. Bütün bunlar deməyə əsas verir ki, cənab Prezidentimiz hər zaman xalqımızın sağlamlığının qorunması üçün bütün mümkün mümkün addımları atır”.

Related posts

Rumıniyada “SOCAR” brendi altında 50-ci YDM istifadəyə verildi

Admin

Bu şəxslərə maliyyə dəstəyi proqramı çərçivəsində ödənişə başlanıldı

Admin

İyunun 9-da xarici valyutaların manata qarşı məzənnələri

Admin

Leave a Comment