8 C
Baku
24 Noyabr 2020
Dünya

“Korona ilə mübarizə aparan Xameneyi…” – Generaldan qəribə sözlər

İran İslam İnqilabçı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Hüseyn Salami qəribə iddia ilə gündəmə gəlib.

Teleqraf.com xəbər verir ki, iştirak etdiyi tədbirlərdən birində həmişə olduğu kimi, ABŞ əleyhinə şüarlar səsləndirən general ölkənin dini rəhbəri Əli Xameneyini öyüb.

“Koronavirusun qarşısını almaqda bacarıqsız olan Amerika ən ağır iqtisadi vəziyyətdədir, amma İranda uca dini liderimiz koronavirusla mübarizədə parladı. Möminlərin kömək manevrləri ölkədə bir dənə olsun belə diqqətdən kənarda qalmış xəstənin olmasına imkan vermədi”, – Salami deyib.

O, həmçinin iddia edib ki, ölkəsi ABŞ sanksiyalarınının yaratdığı çətinlikləri artıq geridə qoyub.

Related posts

Türkiyə Hərbi Hava Qüvvələri 6 yunan qırıcısını ələ keçirdi

Admin

Azərbaycanlı milyonçunun qızı 176 yəhudini Hitlerin əlindən necə xilas edib? – FOTOLAR

Admin

Paşinyanın “idealist” mifi darmadağın oldu: Baş nazirin qaçaqmalçılığı necə faş edildi?- Şok faktlar

Admin

Leave a Comment