2 C
Baku
23 Noyabr 2020
Dünya

Dünyanın ən nəhəng təyyarəsi Bakını tərk etdi

Dünyanın ən nəhəng yük təyyarəsi olan AN-225 “Mriya” ötən gecə Azərbaycan üzərindən İrlandiyaya uçub.

Axar.az Virtualaz.org-a istinadən xəbər verir ki, təyyarənin gəlişi ərəfəsində İrlandiya KİV-ləri bu reys haqda yazırdı. Bildirilirdi ki, dünyanın ən nəhəng təyyarəsi Çindən koronavirusla mübarizə üçün fərdi mühafizə vasitələrinin böyük partiyasını İrlandiyanın Şennon aerportuna çatdıracaq.

Təyyarənin yerli vaxtla saat 13-də Şennon aeroportuna enəcəyi gözlənilirdi. İrland KİV-ləri qeyd edir ki, 6 mühərrikli nəhəng AN-225 “Mriya” təyyarəsi Şennon aerportuna bu gün gündüz saatlarında enəcək yeganə təyyarə olacaq. Çünki koronavirus pandemiyasına görə aerport uçuşlara bağlıdır, ancaq yük təyyarələrini qəbul edir. Pandemiya başlayandan bəri süni tənəffüs aparatları, tibbi maskalar və avadanlıqlar, xəstəxana çarpayıları daşıyan təyyarələr Şennon aerportuna bir neçə reys həyata keçirib.

AN-225 “Mriya” İrlandiyanın Çindən sifariş verdiyi 1 milyon ədəd fərdi mühafizə vasitələrinin 900 min ədəddən ibarət partiyasını (800 paddon olmaqla) Şennon aeroportuna çatdıracaq.

Nəhəng təyyarə əvvəlcə dünən gündüz aerpota enməliydi, daha sonra reys bu gün səhər saatlarına təxirə düşüb. Təyyarə Qazaxıstanın Almata aerportunda texniki problemlərə görə ləngiyib və iyunun 10-na keçən gecə oradan Bakıya, daha sonra Şennon aerportuna uçması planlaşdırılıb.

32 təkərli təyyarə “Antonov” aviaşirkəti tərəfindən istifadə olunur və öz qabaritlərinə görə dünyada analoqu yoxdur. Onun enməsi üçün 3500 metrə qədər uzunluqda uçuş-enmə zolağı tələb olunur. İrlandiyada isə belə imkanlara malik yeganə aerport Şennon aerportudur.

AN-225 “Mriya” Ukraynada Antonovun konstruktor bürosunda layihələndirilib və hazırlanıb. İlk dəfə 1988-ci ildə havaya qalxıb, təyyarə əvvəlcə Rusiyanın “Buran” kosmik məkiyinin daşınması üçün nəzərdə tutulmuşdu. Lakin “Buran” proqramı 1994-cü ildə dayandırıldığı üçün AN-225 istismardan çıxarılıb və Kiyev ətrafındakı hərbi aerodromda atılmış vəziyyətdə qalıb. 2001-ci ilin mayında təyyarə 20 milyon dollara başa gələn əsaslı təmirdən sonra yenidən havaya qalxıb. Təyyarənin 2033-cü ilə qədər istismar edilməsi nəzərdə tutulur.

Related posts

İran və Türkiyə arasında aviareyslər bərpa edilir

Admin

Ermənilər ayağa qalxdı: “Paşinyan, pul qazanmaq üçün bizi Rusiyaya burax!”

Admin

NATO keçmiş SSRİ məkanında: Rusiyaya qarşı savaş hazırlığı…

Admin

Leave a Comment