8 C
Baku
24 Noyabr 2020
Dünya

Poroşenko cinayət işində şübhəli sayılır

Ukraynanın sabiq prezidenti Pyotr Poroşenko Xarici Kəşfiyyat İdarəsinin rəhbərinə qeyri-qanuni əmr vermək ittihamı ilə rəsmi şəkildə şübhəli hesab olunub.

Bu barədə Ukrayna Dövlət Təhqiqat Bürosundan məlumat verilib.

Qurum sabiq dövlət başçısının həbsi üçün vəsatət hazırlayır.

Qeyd edək ki, P.Poroşenkonun adı dövlətə xəyanət, cinayət yolu ilə əldə edilmiş gəlirlərin ofşor şirkətlər vasitəsilə leqallaşdırılması, məhkəmə fəaliyyətinə müdaxilə, ordudan oğurlanan pulların “yuyulması” və konstitusiya quruluşunu devirmək cəhdləri ilə bağlı açılmış bir sıra cinayət işlərində hallanır.

Onların əksəriyyətində sabiq prezident şahid qismində çıxış edir.

Related posts

Rusların dost və düşmən saydığı ölkələr – Siyahıda Azərbaycan da var

Admin

Rusiya bizə hücum etmək istəyir? – Keçmiş dövlət katibi

Admin

Gürcüstanda bu tarixdə tədris ili bərpa olunur

Admin

Leave a Comment