10 C
Baku
23 Noyabr 2020
İqtisadiyyat

Zərgər: “Pandemiya dövründə qızıl satışımız azaldı, alış isə artdı”

İqtisadiyyatın önəmli seqmentlərindən biri də zərgərlik məmulatlarının istehsalı, alışı və satışıdır. Ölkədə, xüsusilə də paytaxtda müxtəlif ərazilərdə zərgər dükanları, emalatxanaları fəaliyyət göstərir. Zərgərlərin bəziləri satışları birbaşa emalatxanadan etsələr də, bəzilərinin əlavə dükanları da olur.

“Report” paytaxtdakı zərgərlərin ümumi fəaliyyəti ilə tanış olub.

Eyni zamada bu sahədə mövcud olan problemləri və əsasən də pandemiyadan sonra ölkədə zərgərlik fəaliyyətinin hansı formada təsirləndiyini öyrənib.

Mövzu ilə bağlı paytaxtda qızıl məmulatlarının hazırlanması, alışı və satışı ilə məşğul olan zərgər Novruz Əhmədovla həmsöhbət olmuşuq. N.Əhmədov “Report”a verdiyi açıqlamasında pandemiyanın zərgərlərin fəaliyyətini xeyli zəiflətdiyini bildirib:

“Pandemiya zərgərlərin fəaliyyətinə xeyli mənfi təsir göstərdi. Hazırda ölkədə toy və nişan məclisləri keçirilmədiyi üçün işimiz tamamilə dayanıb. Bizim əsas müştərilərimiz toylar nəticəsində olur. Zərgərlərin sexlərinin çoxu işləmir. Çünki sifarişlər dayanıb. Karantindən əvvəl müəyyən qədər müştəri olurdu. Müştərilərin əksəriyyəti yerli müştərilər idi. 2-3 il öncə ara-sıra özbək turistlər gəlirdi. Amma daha onlar da gəlmir. Alıcı qüvvəsi yoxdur. Dükanda gün ərzində bir və ya iki real alıcı olur. Karantindən əvvəlki dövrlə müqayisədə alıcı sayında təqribən 70%-lik azalma var. Müştəri azaldığı üçün icarə haqqını və digər xərcləri qarşılamaq çətin olur. Deyə bilərəm ki, təqribən 2010-cu ildən bizdə qızıl satışı zəifləyib. Keçən il isə bu ilə baxdıqda vəziyyət xeyli qənaətbəxş idi”.

Zərgər qeyd edib ki, gələn müştərilər əsasən ağ qızıla üstünlük verir:

“Əsasən toylar üçün ağ qızıl dəstləri alırlar. Ümumilikdə isə birjalarda qızılın qiyməti qalxıb. Hazırda birjada təmiz qızılın qiyməti 55 ABŞ dollarıdır. Bu rəqəm kifayət qədər böyük bir artımı göstərir. Nəticədə bir qram qızılın qiymətində xeyli fərq olur”.

Mən özüm qızıl məmulatlarının hazırlanması, satışı və alışı ilə məşğulam. İnsanlar əllərində olan qızılları gətirib zərgərlərə satırlar. Biz də onları əridib təmizləyirik, 9,99 əyara salırıq və ondan xammal əldə edirik. Bu proses də müəyyən qədər xərc aparır. Hazırda əlimizdə olan yeganə xammal budur. Yerli xammaldan isə istifadə etmirik. Ölkələrə giriş-çıxış bağlı olduğu üçün xaricdən də Azərbaycana xammal gətirilmir. Baxmayaraq ki, mən təkcə qızıl satışı ilə məşğulam, deyə bilərəm ki, pademiya digər metal növlərinin də satışına mənfi təsir edib. Bunların hamısı bir-biri ilə əlaqəlidir. Zərgərlikdə əsasən istifadə olunan qızıl və gümüşdür ki, bunların da hazırda sifarişi dayanıb.

N.Əhmədov qızılın alışı ilə də bağlı vəziyyətdən danışıb:

“Qızılın satışı ilə yanaşı, alışı ilə də məşğul oluruq. Biz qızılı baha ala bilmirik. Çünki sonra onu satmaq mümkün olmur. Bu gün Rusiya qızılını birja qiymətləri ilə 53-54 manata almalıyıq. Amma məcbur olub 50 manata alırıq. Onu isə əridib xammal əldə edirik. Bu zaman müəyyən itkilərimiz də olur. Qeyd edim ki, pandemiya dövründə qızıl satışımız azalsa da, alışımız artıb. Çünki bəzi şəxslər işləmədikləri üçün pula ehtiyacları olur. Odur ki, əllərində olan qızılları gətirib bizə satırlar. Mart ayından etibarən vəziyyət bu cür cərəyan edir. Bəzən olur ki, lombarda qızıl girov qoyan insan borcunu ödəyə bilməyəndə həmin qızılı bizə satır və borcunu ödəyir”.

“Hazırda bizdə qızılın keyfiyyətində problem yoxdur. 3-5 il bundan əvvəl bəzi zərgərlər qızılın tərkibinə müəyyən qarışıqlar qatırdı. Sonra onları həbs etdilər. İndi isə bizdəki qızılların tərkibi təmizdir”, – N.Əhmədov əlavə edib.

Related posts

“Silk Way Group” MAA ilə birlikdə təyyarələrin istismarı üzrə mütəxəssislərin hazırlanmasını həyata keçirir

Admin

Neft yenidən bahalaşıb

Admin

Nazir polislərə məktub ünvanladı: Fiasko…

Admin

Leave a Comment