9 C
Baku
24 Noyabr 2020
Sosial

Azərbaycanda pandemiyanın ikinci dalğası başlayıb? – RƏSMİ CAVAB

Hazırda Azərbaycanda koronavirus pandemiyasının birinci dalğası davam edir.

Azərbaycanın baş infeksionisti Cəlal İsayev Lent.az -a açıqlamasında belə deyib: “İkinci dalğa o zaman baş verir ki, pandemiya tamamilə sönmə səviyyəsinə çatır. Yoluxma sayı azalır, müəyyən dövr minimumda qalır və bundan sonra yenidən baş qaldırır. Bu, ikinci dalğa olur. Hazırda dünyada olduğu kimi, ölkəmizdə də pandemiyanın birinci dalğası davam edir. Uyğun tədbirlər həyata keçirilir. Sadəcə olaraq, yoluxma halları artır”.

C.İsayev onu da bildirib ki, yoluxma hallarının mart-aprel ayları ilə müqayisədə artması əsasən insanların sosial təcrid qaydalarına istənilən şəkildə əməl etməməsi ilə bağlıdır: “Testlərin də sayı artır. Xaricdən gətirilən insanlarda da yoluxma halları olur. Amma əsas yoluxma halları ölkə daxilində baş verir”.

Related posts

İlham Əliyev qırğız həmkarını təbrik etdi

Admin

MN: Hərbi qulluqçumuz xəstəlikdən vəfat edib

Admin

Radiasiya Problemləri İnstitutunda magistrantların yay imtahan sessiyası başlayıb

Admin

Leave a Comment