11 C
Baku
28 Noyabr 2020
Sosial

Özünüməşğulluq proqramı iştirakçıları üçün təlimlərə başlandı – Foto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti özünüməşğulluq proqramı iştirakçıları üçün təlimlərin keçirilməsinə başlayıb.

Nazirlikdən Teleqraf.com-a verilən xəbər. görə, təlimlər “Vətəndaş qəbulu həyata keçirən qurumlarda koronavirus (COVİD-19) infeksiyasının profilaktikasına dair” metodiki göstərişlərə uyğun şəkildə, 10 nəfərdən ibarət qruplar halında təşkil edilir.

İlkin mərhələdə koronavirus pandemiyası ilə əlaqədar təlimlərində fasilə yaranmış 1102 nəfərin təlimləri davam etdirilir. Növbəti mərhələdə isə 1804 iştirakçı təlimlərə cəlb ediləcək. Bu ilin əvvəlindən artıq 2600 nəfər proqram üzrə təlimlərə cəlb edilib.

Təlimlər zamanı biznes-plan qurmaq, kiçik biznesin təşkili və inkişaf etdirilməsi üzrə bilik və bacarıqlar öyrədilir.

Related posts

Bəhram Bağırzadənin vəziyyəti kritikdir – Xəstəxanadan açıqlama

Admin

Bakıda həyətlərə zibil qutuları qoyulur – Fotolar

Admin

Qeyri-formal məşğulluğun qarşısının alınması aparılan sosial-iqtisadi siyasətin mühüm tərkib hissəsidir

Admin

Leave a Comment