4 C
Baku
23 Noyabr 2020
Dünya

Şok iddia: Rusiya o ölkəni işğal edə bilər – Xəbərdarlıq

Rusiya Federasiya Şurasının Xarici İşlər Komitəsinin üzvü, deputat Sergey Tsekov ölkəsinin adının çəkildiyi Rumıniya milli müdafiə strategiyasını şərh edib.

Teleqraf.com xəbər verir ki, Tsekov sənəddə Rusiyanın düşmən dövlət elan edildiyini bildirib.

O, qeyd edib ki, Rumıniya “düşmən dövlət” adlandırdığı Rusiya üçün müdafiə strategiyası hazırlayır: “Baxmayaraq ki, uzunmüddətli tarix həmişə vəziyyətin tam tərsinə çevrildiyini göstərir. Hər zaman Rusiyaya düşmən olan Rumıniya idi”.

Tsekov əlavə edib ki, Rusiya yalnız özünü müdafiə edir.

Xatırladaq ki, bundan əvvəl rus ordusu Ukraynada işğal planını həyata keçirəndə bu, Moskvanın bəzi siyasi dairələrində “müdafiə məqsədli addım” adlandırılmışdı.

Rumıniya Ali Müdafiə Şurası ölkənin 2020-2024-cü illər üçün milli müdafiə strategiyasını təsdiqləyib. Sənəddə Rusiyanın hərbi imkanlarının artırılmasının ciddi çətinliklər doğurduğu bildirilir. Layihə parlamentin alt və yuxarı palatalarında təsdiqlənərsə, qüvvəyə minəcək.

Related posts

9 milyonun virusa yoluxmasına səbəb olan Çindən ŞOK ADDIM: itləri bişirdikdən sonra… – FOTO

Admin

Çin uyğurların sayını azaltmaq üçün plan həyata keçirir

Admin

Səkkiz ayda Türkiyəni on milyondan çox turist ziyarət etdi

Admin

Leave a Comment