9 C
Baku
29 Noyabr 2020
Dünya

“Amerika hərbçiləri rus muzdlularını qırdı, Putin səsini də çıxarmadı” – Keçmiş səfir

Türkiyə Liviyada uğura nail oldu. Ankara BMT tərəfindən legitim olaraq tanınan Liviya Milli Keçid Hökumətini dəstəkləyən ilk ölkədir. Qiyamçı Haftar Liviyanı bölməyə və ələ keçirməyə çalışırdı. Əgər bunu bacarsaydı şərqi Liviyanı qərbi Liviyadan qoparacaqdı. Belə məqamda Türkiyə dronları Liviyada vətəndaş müharibəsinin sonuncu mərhələsinə son qoya və Haftarı atəşkəsə məcbur edə bildi.

Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Liviyadakı son durumu şərh edərkən deyib.

Sabiq səfir qeyd edib ki, qiyamçı Haftar təkrar hücuma keçib, ancaq rus muzdlu döyüşçüləri Türkiyənin uğurlarından sonra ərazidən çıxıb: “Bundan sonra Liviyda müharibənin davab edib-etməyəcəyi Rusiya və Türkiyədən asılıdır. Hələlik bunu etmək istəyən yoxdur. Ehtimal edirəm ki, bu düyün bir müddət davam edəcək. Türkiyənin marağı Liviyanı vahid saxlamaqdır. Liviyada vahid qalacaqsa Türkiyə ilə imzalanan razılaşma davam edəcək”.

Metyu Brayza əlavə edib ki, Rusiya lideri Putinin Suriyanın ardınca Liviyada muzdlulardan hərbçilər istifadə etməsi uzun müddətdir yararlandığı taktikadır: “Bu, Putinin getdikcə daha çox istifadə etdiyi taktiki addımdır. Bunu ilk dəfə ruslar Şərqi Ukrayna və Krımda tətbiq ediblər. Putin bunların rus əsgərləri olmadığı, könüllü olduğunu deyir. Bu proses bir neçə ay davam etdi və sonda onların rus əsgərləri olduğu etiraf olundu.

Ardınca rus əsgərləri Suriya və Liviyaya göndərildi. Onlar rus hərbçiləridir, amma lazm gələndə Putin “onlarla heç bir əlaqəm yoxdur” deyə bilir.

Belə durum bir müddət əvvəl Suriyada yaşandı. “Vaqner”ə bağlı rus döyüşçülər ABŞ əsgərlərinə hücum etdilər və nəticədə yüzlərlə muzdlu öldürüldü. Amma Putin şikayət edə bilmədi, açıqlama belə vermədi. Onlar muzdlu yox, nizami rus əgərləri olsaydı, ABŞ və Rusiya arasında müharibə başlayacaqdı.

Bu taktika Putinin müxtəlif savaşlarda hərbi gücdən istifadə etməsinə, onların vasitəsilə istədiyi qrupu dəstəkləməsinə, amma bu əsgərlərin rus olmadığını iddia etməsinə imkan yaradır”.


Müəllif: Cavad

Related posts

Rusiya 400 ton silah çatdırdı, ermənilər isə yenə Moskvadan narazıdır

Admin

Hazırda regionda sülhdən çox, müharibəyə hazırlıq gedir – Hərbi ekspert

Admin

Rusiyada təyyarə qəzası – pilot öldü

Admin

Leave a Comment