8 C
Baku
27 Noyabr 2020
Qayğının xəbərləri

Qarabağ müharibəsi veteranı, polis mayoru dünyasını dəyişdi.

 

Daxili İşlər Nazirliyinin Nəqliyyat Baş Polis İdarəsinin polis mayoru Paşayev Natiq Qara oğlu ürək çatışmazlığından vəfat edib. Mərhum doğulduğu İmişli rayonun Telişli kəndində torpağa tapşırıldı. Natiq Paşayev 1993-cü ildə Azərbaycanın ərazibütövlüyü uğrunda erməni işğalçılara qarşı gedən döyüşlərdə Qubadlı özünümüdafiə batalyonun tərkibində vuruşmuşdur. Bir çox ağır döyüşlərinin iştirakçısı olmuşdur. Qardaşı Elşən Paşayev də Qarabağ müharibəsi əlilidir.
“Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin sədri Firidun Məmmədov başda olmaqla birliyin üzvləri dəyərli qazi dostumuz Elşən Paşayevə qardaşının vəfatı ilə dərin hüzünlə baş sağlığı verir. Müharibə veteranı Natiq Paşayevin vaxtsız ölümünə kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına səbir diləyir. Allah rəhmət eləsin.

Related posts

NEFTÇALA DÖYÜŞÇÜLƏRİNƏ YAPON TƏŞKİLATINDAN DƏSTƏK

Admin

Vətənpərvərliyin əsl nümunəsi

Admin

“Bu, Amerikada nadir hadisədir, həbslər olacaq…” – Müsahibə/Video

Admin

Leave a Comment