8 C
Baku
27 Noyabr 2020
Sosial

Ağsuda keçmiş məhkuma qarşı dəhşətli əməl – Təfərrüat

Ağsu rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, yyunun 7-də saat 21 radələrində Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş S.Məmmədovun sərxoş halda bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla S.Məmmədovun evinə qonaq gəlmiş əvvəllər məhkum olunmuşlar – Ağalarbəyli kənd sakini E.Nuriyevin və Şamaxı rayon sakini R.Səfərovun ona bıçaqla xəsarət yetirərək 190 manat pulunu almaları müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlər – E.Nuriyev və R.Səfərov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

Faktla bağlı araşdırma aparılır.

Related posts

Rayonlararası gediş-gəlişin tam açılması məsələsinə təkrar baxılacaq

Admin

Adamlarsız qəribsəmiş Bakı vağzalı… FOTO REPORTAJ

Admin

Direktorla müəllim əlbəyaxa davaya qalxdı – Video

Admin

Leave a Comment