8 C
Baku
22 Noyabr 2020
Əsas xəbər

SON DƏQİQƏ: Azərbaycanda televiziya işçiləri GİROV GÖTÜRÜLDÜ

İctimai televiziyanın əməkdaşları Bərdədə aptek sahibi tərəfndən təzyiqə məruz qalıblar. Bərdədə apteklərdə tibbi maskanın satış qiymətləri haqqında süjet hazırlamaq istəyən çəkiliş qrupu təzyiqlə üzləşib.

Publika.az qazet.az-a istinadla xəbər verir ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin böyük redaktoru Şöhrət Eyvazovun sorğu keçirdiyini görən aptek sahibi İsak Cəfərov media nümayəndələrinə hücum edərək kameranı sındırmağa və çəkilişi sildirməyə çalışıb. Maskanı istədiyi qiymətə sata biləcəyini iddia edən İsak Cəfərov Şöhrət Eyvazov və operator Vüsal Quliyevə fiziki zor tətbiq etməyə çalışıb və onları aptekdən çıxmağa qoymayacağını bildirib.

Şöhrət Eyvazovun Daxili İşlər Nazirliyinin qaynar xəttinə – 102 xidmətinə zəngindən sonra Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən aptek sahibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221 maddəsinə əsasən “xuliqanlıq” maddəsiylə saxlanılıb.

Araşdırma davam edir.

Related posts

HƏKİM FƏRYAD ETDİ: “Sağ qalsam, heç bir azərbaycanlıya pulsuz xidmət etməyəcəyəm” – VİDEO

Admin

BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib –Açıqlama

Admin

Hərbçilərimiz erməni generalını “Harop”la vurdular

Admin

Leave a Comment