8 C
Baku
30 Noyabr 2020
Sosial

Bakıya “həbs olunanların” pənah yeri: karantin stresini atmağın ən gözəl yolu – FOTO Read more: https://sputnik.az/life/20200608/424138534/karantin-bitse-gedin-sakitliyin-hezzini-duyun.html

Karantin günlərindən sonra istirahət etmək, təbiətlə qol-boyun olmaq istəsəniz, Nəbatət bağına gedin. Güllərin qoxusu, hovuzlar və sakitlik sizə xüsusi rahatlıq verəcək

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 8 iyun — Sputnik. Karantin dövründə bölgələrə çıxışın olmadığı vaxtda Nəbatət bağı Bakı sakinlərinin istirahət mərkəzinə çevrilib. Son günlər bağın son illərdə görmədiyi qədər ziyarətçiləri olub. Bakıdan kənara çıxa bilməyən paytaxt sakinləri istirahət üçün bu məkanı seçirlər.

Sputnik Azərbaycan xəbər verir ki, Bakıda Nəbatət bağının salınması üçün təkliflər 1930-cu illərdə verilib. 1932-ci ildən isə bağın salınmasına başlanılıb. 1935-38-ci illərdə ərazidə istixanalar, institut binası, emalatxanalar və digər binaların tikintisinə start verilib.

© SPUTNİK / IRADE JELIL
Mərkəzi Nəbatat Bağı

Bağ 2000-ci ilə qədər Botanika İnstitutunun şöbəsi hesab edilib. Ötən əsrin 50-60-cı illərində bağda ciddi suvarma problemləri yaşanıb. 1960-cı ildə Ceyranbatan su anbarından bağa su verilib. Həmin ildən 1978-ci ilə qədər olan dövr bağın çiçəklənən dövrü hesab edilir.

Nəbatət bağı hər gün 9.00-dan 18.00-a qədər və müəyyən edilmiş saatlarda ziyarətçilərin üzünə açıqdır.

© SPUTNİK / IRADE JELIL
Mərkəzi Nəbatat Bağı

Bağın qaydalarına görə, hava qaralmağa başlayanda ziyarətçilər bağı tərk etməlidirlər. Buna görə də bağ yay aylarında axşam 19.00-da, qışda isə 18.00-da bağlanır.

Qaydalara görə, bağda piknik keçirmək, bitkiləri və gülləri qırmaq, od qalamaq, topla oynamaq, velosiped sürmək, heyvan gəzdirmək, zibilləmək, etik normalara zidd hərəkətlər etmək, təcrübə sahələrinə daxil olmaq və bitkilərə toxunmaq qadağandır.

 

Related posts

Sabah hava necə olacaq? – PROQNOZ

Admin

Sabah Bakıda külək əsəcək, dağətəyi rayonlarda yağış yağacaq

Admin

Prezidentin aylıq təqaüdünü alanların sayı açıqlandı

Admin

Leave a Comment