4 C
Baku
23 Noyabr 2020
Hadisə

Bakıda uşaq polis maşınında dünyaya gəldi

Bu gün sərtləşdirilmiş karantin dövrü şəraitində Bakıda qeyri-adi hadisə baş verib 

Qaygi.org.az Publika.az-a istinadla xəbər verir ki, paytaxt ərazisində 9 aylıq hamilə qadının xəstəxanaya çatdırılması ilə bağlı təcili tibbi yardıma müraciət edilib. Ailə üzvləri eyni zamanda qadını xəstəxanaya çatdırmaq üçün polisə də müraciət ediblər. Hadisə yerinə ilk gələn Bakı şəhər Dövlət Yol Poisi İdarəsinin inspektoru xidməti BMV markalı atomobillə qadını xəstəxanaya aparıb. Lakin yolda olarkən təbii doğuş baş tutub və qadın avtomobildə övladını dünyaya gətirib. DYP əməkdaşı qadını və yeni doğulmuş körpəni xəstəxanaya çatdırıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov faktı təsdiq edib. O bildirib ki, son 2 gündə bu tip hadisələrə rast gəlinir: “Dünən və bu gün əməkdaşlarımız 20-yə yaxın insanın həyatını xilas ediblər və ya çox təcili şəraitdə xəstəxanalara çatdırıblar. Bu gün baş verən hadisədə də ana və yeni doğulan körpəsi sağ-salamat təbbi heyətə təhvil verilib. Onların həyatına hər hansı təhlükə yoxdur”.

Related posts

Bakı metrosunda polislərlə sərnişinlər arasında DAVA

Admin

“Bandotdel”dən əməliyyat: saxlanılanlar var – VİDEO

Admin

Saatlıda qatar yük maşını ilə toqquşub, xəsarət alan var

Admin

Leave a Comment