6 C
Baku
25 Noyabr 2020
Sosial

Hemodializ xəstələri ilə bağlı – TƏBİB-dən açıqlama

Bu gün sosial şəbəkələrdə böyrək çatışmazlığından əziyyət çəkən və dializə ehtiyacı olan şəxslərin xəstəxanaya getmələrində çətinlik çəkməsi barədə məlumatlar yayılıb. İddia olunub ki, tibbi yardıma ehtiyacı olanlar üçün nəqliyyat vasitəsi tapılmayıb.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu gün dializlə bağlı müraciət edən xeyli insan xəstəxanalara aparılıb və evlərinə qaytarılıb.

“Bildirmişik ki, Daxili İşlər Nazirliyinə həmin xəstələrin fərdi avtomobilləri ilə gedib gəlməsi üçün müraciət etmişik və onlar özləri gedib gələ bilər. Çünki 103 bu gün ağır iş rejimində işləyib. Bundan başqa, müraciət edənlər ya təcili yardım maşınları, ya da BNA tərəfindən təşkil olunmuş nəqliyyat vasitələri ilə xəstəxanaya aparılıb, daha sonra evlərinə qaytarılıb”, – deyə TƏBİB-in sözçüsü qeyd edib.

Related posts

Karantin nəzarətinə götürülmə qaydalarında dəyişiklik edilib

Admin

Bank of Baku Silahlı Qüvvələrə Yardım Fonduna 100.000 AZN köçürdü!

Admin

Lotu Quli: “Xalqıma lazımi dəstəyi verəcəm” (FOTO)

Admin

Leave a Comment