8 C
Baku
27 Noyabr 2020
Sosial

Bakıda çörək davası, irad bildirənə qabalıq…

Təəssüf ki, cəmiyyətimizin böyük bir hissəsi informasiyaları etibarlı mənbələrdən deyil, əsassız və panika yaradan mənbələrdən alırlar. Bunun ən bariz nümunəsini dünən gördük. Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq məqsədilə həftə sonu tətbiq edilən qadağaları insanlar çox fərqli başa düşdülər.

Bu sözləri Axar.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu həftəsonu küçəyə çıxmaq qadağasının tətbiq olunmasının ardınca vətəndaşların marketlərə üz tutub sıxlıq yaratması, ehtiyaclarından qat-qat artıq ərzaq və qeyri-ərzaq malları alması haqda danışarkən deyib. O bildirib ki, bu, hazırda sosiologiyada çox ciddi araşdırılan bir məsələdir:

“Əhalinin davranışı hər zaman diqqət mərkəzində olmalıdır. Biz dəfələrlə bu və bu kimi mövzuları istər ölkə daxilində, istərsə də ölkə xaricində aktuallaşdırmışıq”.

Sosioloq deyib ki, vətəndaşların qeyri-sivil davranışları ölkənin imicimizə də təsir edir:

“O ölkə daha mədəni, daha sivil sayılır ki, insanları küçələrdə bir-birinə qarşı davranış normalarını bilir və bütövlükdə cəmiyyətdəki davranış qaydalarını tənzimləyir. Yəni hər hansı bir neqativ hal gördükdə buna laqeyd qalmır və dərhal vətəndaş mövqeyini bildirir. Təbii ki, qarşı tərəf də bunu dərk edir. Yaponiyada baş verən silsilə zəlzələlərin ardınca ölkə böyük sunamilərlə üz-üzə qaldı. Yaponlar bu vəziyyət qarşısında olduqca təmkinli davrandılar, ölkə rəhbərliyinin vətəndaşlara yardım göstərməsini gözləməyib, özləri yardıma başladılar. Yapon xalqının bu fəlakət qarşısında panikaya düşməyib, sistemli, sivil hərəkət etməsi onların dünya xalqları arasında hörmətini bir az da artırdı. Təəssüf ki, dünən baş verən hadisələr üçün bu sözləri deyə bilməyəcəyəm. Vətəndaşların kütləvi surətdə marketlərə axışması, yerli-yersiz ərzaq mallarını alması, bundan əlavə, bir-birinə qarşı qeyri-insanı rəftar etməsi halları cəmiyyətimizin hələ də ciddi problemlərinin olduğunu göstərir. Bu problemlərin aradan qaldırılması üçün hələ uzun illər təbliğat aparmaq lazımdır. Ölkədə heç bir təbii fəlakət baş vermir. Sadəcə iki günlük bir qadağa tədbiq edilib. İnsanlar isə uzun müddət ac qalacaqmış kimi ərzaq almağa başladılar”.

Related posts

Yeni tədris ilinin ilk dərsləri bu mövzulara həsr olunacaq

Admin

Qənirə Paşayeva Xalq artistinə görə Baş nazirə müraciət etdi

Admin

Şəhid ailələri və müharibə əlilləri üçün 800 fərdi yaşayış evi inşa olunur

Admin

Leave a Comment