8 C
Baku
27 Noyabr 2020
Dünya

“Taliban” 38 əfqan əsgərini azad edib

“Taliban” 38 əfqan əsirini azad edib.

APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə “Taliban”ın Qətərdəki siyasi ofisinin rəsmi nümayəndəsi Süheyl Şahin “Twitter”də bildirib: “Bu gün “Taliban” həbsxanalarından 38 əsgər və polis azad edildi”.

Qeyd edək ki, mayın 11-də Əfqanıstan hakimiyyəti “Taliban” döyüşçülərinin həbsxanalardan azad edilməsi prosesinin müvəqqəti olaraq dayandırıldığını bəyan edib. Buna səbəb “Taliban” üzvləri tərəfindən əsir götürülmüş əfqan hərbçilərinin verilməsinin təxirə salınması olub. Həmin vaxt Milli Təhlükəsizlik Şurasının nümayəndəsinin verdiyi açıqlamaya görə, hakimiyyət həbsxanadan minlərlə “Taliban” üzvünü azad etdiyi halda, “Taliban” hərəkatı əsir götürdüyü hərbi qulluqçudan cəmi 105-ə yaxınını təhvil verib.

Xatırladaq ki, fevralın 29-da ABŞ və “Taliban” arasında sülh sazişi imzalanıb. Bu saziş əsasında Əfqanıstandakı qüvvələr arasındakı danışıqlar hələ martın 10-dan başlamalı idi. Qarşılıqlı etimad yaratmaq məqsədi ilə həbsxanada olan 5 minə yaxın “Taliban” üzvü, min nəfərə yaxın isə “Taliban” tərəfindən əsir götürülmüş şəxslər azad edilməli idilər.

Related posts

Talibandan ABŞ-ın ittihamlarına cavab: Pul üçün…

Admin

Serbiya Ermənistana silah göndərilməsi barədə iddiaları “araşdıracaq” – diplomatik mənbə

Admin

Əfqanıstanın birinci vitse-prezidentinə daha bir sui-qəsd: ölənlər və yaralananlar var

Admin

Leave a Comment