6 C
Baku
26 Noyabr 2020
Dünya

Avropa İttifaqının xarici sərhədləri bu ayın sonuna qədər bağlı qalacaq

Avropa Komissiyasının tövsiyəsi ilə Avropa İttifaqının sərhədləri ən azı iyulun əvvəlinə qədər bağlı qalacaq.

AZƏRTAC xəbər verir ki, Avropa komissarı İlva Yohansson Avropa İttifaqına üzv ölkələrin daxili işlər nazirlərinin cümə günü axşam keçirilmiş videokonfransında Avropa İttifaqının sərhədlərinin iyul ayından tez olmayaraq açılmasına tərəfdar olduğunu bildirib. Yohansson vurğulayıb ki, məhz Şengen zonasının xarici sərhədləri haqqında söhbət gedir. Daxili sərhədlər isə İttifaqın ayrı-ayrı ölkələri arasında qarşılıqlı razılaşmalarla tənzimlənir.

Cümə günü keçirilmiş videokonfransa qədər üçüncü ölkələrin vətəndaşlarını Aİ ərazisinə girişinə iyunun 15-inə qədər qadağa qoyulmuşdu. İndi isə, görünür, bu qadağanın müddətini daha yarım ay uzadacaqlar.

Avropa komissarı qeyd edib ki, bu, onun Avropa İttifaqındakı bütün həmkarlarının (daxili işlər nazirlərinin) ümumi fikiridir.

Related posts

Kanadanın baş naziri koronavirusun ikinci dalğasının gəldiyini elan etdi

Admin

Azərbaycan torpağında Şaumyanın heykəli önünə GÜLLƏR QOYULDU…-FOTOLAR

Admin

Kim Rusiyanı da, dünyanı da məhv edəcək?

Admin

Leave a Comment