10 C
Baku
23 Noyabr 2020
Sosial

Deputat rayon xəstəxanasında həkimlərin olmadığından şikayətləndi

Deputat Tahir Kərimli parlamentin bu gün keçirilən növbədənkənar iclasında bir sıra məsələləri diqqətə çatdırıb.

“Qafqazinfo” xəbər verir ki, deputat insanların dağlardan içməli su gətizdirdiyini deyib: “Bu il Ağsuda taxıl zəmisi susuzluqdan yandı. Hesab edirəm ki, Ağsu çayı üzərində bənd tikməklə suyu bərpa etmək olar”.

Deputat yol problemini də parlamentdə qaldırıb: “Bu gün Ağsu rayonunun Padarlı, Ərəbuşağı və.s kəndlərində yol yoxdur. Gedib- gəlmək mümkün deyil”.

T. Kərimli məktəblərdə xarici dil müəllimlərinin, xəstəxanada həkimlərin olmadığını da bildirib.

Millət vəkili, həmçinin qaz limitinin çox yüksək olmasını, işıq dirəklərinin sıradan çıxdığını, internetin, telefonun olmadığını parlamentdə səsləndirib.

Related posts

Ağac kəsən şəxslər cəzalanıb

Admin

Metro yalnız bunun üçün açıla bilər – BNA

Admin

Müharibə veteranlarının evlərinə qaz çəkilir (FOTO)

Admin

Leave a Comment