10 C
Baku
24 Noyabr 2020
Sosial

Onların heç vaxt dövlətləri olmayıb – Fikrət Sadıqov

“İndiki Ermənistan şəhərləri tarixi Azərbaycan torpaqlarıdır”.

Bunu Publika.az-a açıqlamasında politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov deyib.

Politoloq Ermənistanın işğalçı siyasətinin və ərazi iddialarının uzun illər ərzində onların siyasətinin əsas prioriteti olduğunu vurğulayıb:

“İndi də bu prioritetləri “parlaq” şəkildə mövcud hakimiyyətləri reallaşdırır. Onların ərazi iddiaları tək Azərbaycanı yox, Türkiyə, Gürcüstan və hətta Rusiyanın bəzi ərazilərini əhatə edir. Bunun bir izahatı ola bilər. Onların heç vaxt dövlətləri olmayıb. XIX əsrin əvvəllərində Rusiya tərəfindən bu regiona gətirilən tayfadırlar. Əsas məqsəd də Türkiyəyə qarşı aqressiv siyasətin aparılmasıdır. Ermənistanın addımları, gedişləri faşist rejiminin siyasətini xatırladır. Tərtərin bombalanması, dinc əhaliyə qarşı hücumlar onların xislətini və siyasətini təsdiq edir. Bu səbəbdən də dövlət başçımız Tərtər Olimpiya İdman Kompleksinin açılışında etdiyi çıxışda vurğuladı ki, bunlar faktiki olaraq bizim tarixi torpaqlarımızda yaşayaraq, bizə qarşı çıxış edirlər. Onlara hədiyyə olunan torpaqlardan istifadə edərək, yeni torpaqlar iddiasındadırlar.

İndiki Ermənistan şəhərləri tarixi Azərbaycan torpaqlarıdır. Bunu tarixi sənədlər və coğrafi toponimlər təsdiq edir. Ölkə başçısı düzgün qeyd etdi ki, bizim tarixçilərimiz, alimlərimiz bu istiqamətdə böyük işlər görməlidir. Tarixi toponimlər bərpa edilməlidir. Yeni əsərlər yazılmalıdır. Bu əsərlər tək Azərbaycanda yox, həmçinin xaricdə yayılmalıdır. Beynəlxalq ictimaiyyət bu haqda bilməlidir. Çünki bəzi hallarda erməni yalanlarını bəzi dairələr ciddi qəbul edir. Ona görə də bu siyasəti ifşa etmək lazımdır. Ermənistan baş nazirinin onunla eyni adı daşıyan babasının 1943-cü ildə Qaregin Njdenin legionunda Almaniya cəbhəsində vuruşması da faşizm ideologiyasının daşıyıcısı olmalarının bariz nümunəsidir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu istiqamətdə həm diplomatlarımız, həm də ekspertlərimiz fəal iş görməli və Ermənistanın iç üzü ifşa olunmalıdır”.

Məhərrəm Əliyev

Related posts

Zeytun yağının mühüm xüsusiyyətləri

Admin

Rusiyanın Müdafiə naziri Bakıya işgüzar səfərə gələcək

Admin

Azərbaycanda ümumilikdə 928 666 koronavirus testi aparılıb

Admin

Leave a Comment