8 C
Baku
22 Noyabr 2020
Əsas xəbər

Dilqəm Əsgərovun girovluqda nəvəsinə yazdığı şeir – FOTO

Kəlbəcər girovu Dilqəm Əsgərovun ikinci nəvəsi dünyaya gəlib. Körpənin adı Azər qoyulub.

Bunu Azvision.az -a girovun oğlu Kürdoğlu Əsgərov deyib. O bildirib ki, övladının dünyaya gəlməsi ilə bağlı yaxın günlərdə atasına məktub yazacaq.

“Oğlumun adını Azər qoydum. Atam girov götürüləndə heç vaxt tanımadığım bir insan peyda oldu və mənə indiyə kimi dəstək olur. O, 6 il mənə böyük qardaşlıq edib. Ona görə də övladımın adını həmin şəxsin şərəfinə Azər qoydum. Çünki 6 il ərzində çox çətinliklər çəkmişəm. Həmin şəxs yanımda olub. Azəri böyük qardaşım hesab edirəm. Övladım dünən dünyaya gəlib. Atamın hələ xəbəri yoxdur. Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əlaqə saxlayıb, atama məktub yazacağam”.

K.Əsgərov atasının böyük nəvəsinə şeir yazdığını əlavə edib: “Atam nəvələrini çox istəyir. Onu girovluqda yaşadan bəlkə də nəvələridir. 60 yaşı var, nəvələrlə oynayan vaxtıdır, amma taleh elə gətirib ki, bu gün yanımızda deyil”.

Dilqəm Əsgərovun girovluqda nəvəsinə yazdığı şeir:

Aldım kresdən bu gün xoş xəbər
Gəlibdi dünyaya bir gözəl balam
Yerim boş qalmadı, adım itmədi
Tanrı bu gününə min şükür olsun!

Related posts

“Bakıdakı erməni kilsəsi erməni cinayətlərini əks etdirən muzeyə çevrilməlidir” – TARİXÇİ ALİM

Admin

Poçtlar kənd yerlərində bankları əvəzləyəcək

Admin

Siyasi partiyaların rəhbərləri və politoloqlar Yaqublunun məhkəmə hökmünün qanunsuz olduğunu bildiriblər

Admin

Leave a Comment