11 C
Baku
28 Noyabr 2020
Sosial

Qənirə Paşayeva Xalq artistinə görə Baş nazirə müraciət etdi

Millət vəkili Qənirə Paşayeva mərhum Xalq artisti Oqtay Kazimiyə görə Mədəniyyət Nazirliyi və Baş nazir Əli Əsədova müraciət edib.

Axşam.az xəbər verir ki, bu barədə deputatın sosial media hesabında məlumat verilib:

“Astara rayonundan olan bir qrup ziyalılarımız Xalq artisti, Prezident təqaüdçüsü Oqtay Kazıminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində sənətkarın adının Astara Rayon Musiqi məktəbinə verilməsi üçün Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevaya müraciət ediblər. Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bu müraciəti dəstəkləyərək ziyalıların bu gözəl təşəbbüsünün reallaşması üçün ölkəmizin Baş naziri cənab Əli Əsədova və Mədəniyyət Nazirliyinə xahiş müraciəti göndərib. Eyni zamanda Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bu məsələ ilə bağlı Mədəniyyət nazirinin müavini Vaqif Əliyevlə danışaraq ziyalıların bu təşəbbüsünün həyata keçirilməsi üçün dəstək göstərmələrini xahiş edib”.

Related posts

DGK: Son qərar ölkədə qiymət artımına səbəb olmayacaq

Admin

Yeniyetmələrdən Polad Həşimovla bağlı QÜRURVERİCİ ADDIM – VİDEO

Admin

Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir – XİN

Admin

Leave a Comment