13 C
Baku
27 Noyabr 2020
Dünya

Ekspert: Türkiyə bu ölkənin taleyini dəyişdi – Video

Mövcud siyasi proseslər bir daha onu göstərdi ki, istər Suriya, istərsə də Liviyada hər hansı bir qalıcı sülhün əldə edilməsi üçün Türkiyə faktoru nəzərə alınmalıdır. Yəni Türkiyənin regionda maraqlarını görməzdən gəlmək olmaz.

Bu sözləri Axar.az-a açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun rəsmi Ankaranın Liviyada gedişatı müəyyənləşdirməsi haqda açıqlamasını şərh edərkən deyib. O bildirib ki, Çavuşoğlunun bu açıqlaması yerində verilən bir bəyanatdır:

“Həqiqətən də Haftar xarici qüvvələrin dəstəyi nəticəsində keçici bir üstünlük əldə etmişdi. Mən bundan öncə də dəfələrlə bu üstünlüyün keçici olduğunu demişdim. Hətta yanvar ayında mətbuatda Haftarın Liviyanın 80 faizinə nəzarət etməsi ilə bağlı xəbərlər verilərkən də bunun nisbi üstünlük olduğu bəlli idi. Mövcud vəziyyət bir daha onu göstərdi ki, Haftar müttəfiqləri olmadan Liviyada heç bir gücə sahib deyil. Bu gün müttəfiqlərindən lazımi dəstək ala bilməyən Haftar tədricən geriləməyə başlayıb”.

Related posts

Prezident küçələrdən siqaret kötükləri topladı

Admin

Karantinə əməl etməyənlər 22 min manat cərimə ödəməli olacaq

Admin

Avstraliya Dağlıq Qarabağdakı qondarma seçkini tanımır

Admin

Leave a Comment