7 C
Baku
23 Noyabr 2020
Dünya

Avropadan Ermənistana hava zərbəsi – Azərbaycanla dil tapmayınca…

Region ölkələri arasında pandemiyanın ən ağır yükü altında olan Ermənistana bu günlərdə Avropadan bəd xəbər gəlib. Avropa Komissiyası işğalçı ölkənin bütün aviaşirkətlərini “qara siyahı”ya salıb. Bunlar “Aircompany Armenia”, “Armenia Airways”, “Armenian Helicopters”, “Atlantis Armenian Airlines”, “Atlantis European Airways”, “Mars Avia, Skyball” şirkətləridir.

Məlumata görə, Ermənistan İraq, Venesuela, Əfqanıstan Anqola, Konqo, Cibuti, Ekvatorial Qvineya, Eritreya, Liberiya, Liviya kimi ölkələrlə eyni siyahıya salınıb. Göründüyü kimi, bu ölkələrin hamısı iqtisadi cəhətcə inkişaf etməmiş, geridə qalmış ölkələrdir. Başqa sözlə, bununla təcavüzkar ölkənin iqtisadi-maliyyə durumunun böhranlı olduğu növbəti dəfə öz təsdiqini tapmış olur. Çünki müasir mülki təyyarələr almaq üçün ölkənin maliyyə potensialı yaxşı olmalıdır. Ermənistan isə Azərbaycana qarşı işğalçı siyasəti üzündən hələ pandemiyaya qədər də ağır izolyasiya rejimində, iqtisadiyyatı isə tənəzzül durumunda olub. İndi də koronavrus pandemiyası vəziyyəti daha dramatik edib.

***

Gözlənildiyi kimi, Avropa Komissiyasının qərarı düşmən ölkədə az qala, şok effekti yaradıb.

“Bu, təkcə Ermənistanın nəqliyyat və logistika təhlükəsizliyi baxımından deyil, həm də ölkənin beynəlxalq nüfuzu və müvafiq olaraq investisiya cəlbediciliyi üçün ciddi problemlərə səbəb olacaq tam bir fiaskodur”.

Musavat.com-un məlumatına görə, bu sözləri energetik təhlükəsizlik məsələləri üzrə erməni ekspert Vaqe Davityan “Lragir”ə deyib. Onu sözlərinə görə, müvafiq tənzimləyici dövlət orqanı məsələ ilə bağlı lazımi nəzarəti həyata keçirməyib.

Adını gizli saxlayan aviasiya mütəxəssislərindən biri isə “Past” erməni nəşrinə verdiyi müsahibədə siyahının yenilənməsi nəticəsində Ermənistanın adının ora salınmasının təəssüf doğurduğunu qeyd edib, lakin bunun gözlənilməz və ya sürpriz olmadığını söyləyib.

“Bu, hakimiyyətin son iki ildə utancverici fəaliyyətinin və ya hərəkətsizliyinin nəticəsidir. Nəticələr daha ağır ola bilərdi. Növbəti ”seriya” bu olacaq ki, Avropa aviaşirkətləri həmin boş qalmış yerləri tutacaq. Bu da erməni aviasiyasının məhvi anlamına gəlir. Vəziyyətdən çıxmaq üçün arqumentlər və səylər əbəsdir. İndi top səlahiyyət yiyələrinin meydanındadır. Hər şey onların gələcəkdə vəziyyəti düzəltmək üçün Avropa Komissiyası ilə necə işləyəcəyindən asılıdır. Hərçənd situasiyanı düzəltmək son dərəcə çətin olacaq”, – deyə o, bədbin notda əlavə edib.

Bu səfərlər münaqişənin həllinə təsir etmir” – Elxan Şahinoğlu …

Öz növbəsində politoloq Elxan Şahinoğlu hesab edir ki, qərar nəticəsində Ermənistana aid şirkətləri müflisləşmə gözləyir. İşğalçı ölkənin Avropadan ciddi zərbə almasını şərh edən ekspert ardınca deyib: “Avropa Birliyi Ermənistanın aviaşirkətlərinə Avropa ölkələrinə uçuşlar həyata keçirməsini qadağan edib. Səbəbi sadədir. Ermənistanın təyyarələri köhnə və istifadəyə yararsızdır. Bu ölkənin maliyyəsi yoxdur ki, yeni sərnişin təyyarələri alsın. Köhnə təyyarələr isə Avropa üçün təhlükə mənbəyidir, bu təyyarələrin başına hansı ölkənin səmasında nə iş gələcəyi bəlli deyil. Avropa özünü köhnə təyyarələrdən qorumaqda haqlıdır. Ermənistan və əks istiqamətə yalnız inkişaf etmiş dövlətlərin aviaşirkətlərinə uçuş həyata keçirilməsinə icazə veriləcək. Bu isə o deməkdir ki, Ermənistanın təyyarələri uzaqbaşı Rusiya və ya İran istiqamətində uçuşlar həyata keçirə bilər. Ancaq bir gün Moskva və Tehran da Avropa kimi Ermənistanın köhnə təyyarələrindən qorunmaq qərarını verə bilər. Strateji tərəfdaşlıq öz yerində, ancaq Rusiya və İran da özlərini təhlükəli sərnişin təyyarələrindən qorumaq məcburiyyətindədirlər. Belə vəziyyətdə Ermənistana aid şirkətləri müflisləşmə gözləyir”.

***

Beləcə, Qarabağ konfliktinin həll olunmamış qalması təcavüzkar ölkəyə uzaq perspektivli zərbələr vurmağa davam edir. Özü də bu, artıq Ermənistanda hakimiyyətdə kimin olmasına bağlı məsələ deyil. Yalnızca hansı hökumətin Azərbaycanla Dağlıq Qarabağ konfliktinin ədalətli həllinə hazır olmasından, bunun sonucu olaraq da Azərbaycan və Türkiyə ilə qapalı qalan sərhədlərin açılıb-açılmayacağından asılıdır.

2020-yə miras qalan ağır Qarabağ “yükü”…yerindən tərpədiləcəkmi?

Hələ ki Ermənistanda Azərbaycana qarşı işğalçı siyasətə son qoyacaq bir qüvvə iqtidara gəlməyib. Yalnız eks-prezident Levon Ter-Petrosyanın dövründə erməni tərəf buna maksimum yaxın olub ki, onu da “Qarabağ klanı” Moskvanın “dobrosu” ilə devirdi. Lakin “Qarabağ klanı”nın iqtidarda olduğu 20 ildə (1998-2018) işğalçı ölkənin və erməni xalqının sosial-iqtisadi durumu daha da pisləşib. Paralel olaraq, onun Rusiyadan vassal asılılığı güclənib.

Gözləmək olardı ki, “Qarabağ klanı”na qarşı qəzəbli olan xalqın iki il öncə inqilab yolu ilə hakimiyyətə gətirdiyi və Ter-Petrosyanın “müridləri”ndən sayılan Nikol Paşinyan, nəhayət, sərt reallığın gözünə dik baxacaq, “izqoy” vəziyyətə düşən ölkəsini və xalqını tərəqqi yoluna çıxara biləcək – ilk növbədə də əsas iki qonşu dövlət olan Azərbaycan və Türkiyə ilə dil tapmaqla. Əfsus, ümidlər doğrulmadı. Paşinyan reformator ola, tarixi məsuliyyəti öz üzərinə götürə bilmədi. Demək, erməni xalqı ağır bədəl ödməyə davam edəcək…

Related posts

Trampdan inanılmaz: Ərdoğan birinci dərəcəli…

Admin

Bəşər Əsədin qızı Türkiyədə istirahətdə – FOTO

Admin

Amerikalı sabiq həmsədr: “Ermənistan Azərbaycanın suveren ərazisinə soxulub və işğal edib”

Admin

Leave a Comment