9 C
Baku
24 Noyabr 2020
Sosial

İşığı yandırıb-söndürmək üçün işçi axtarılır – Maaş 2300 dollar

İsveçin Göteborq şəhərində işləmək tələb olunmayan iş üçün vakansiya elan edilib.

Həmin işin yeganə öhdəliyi yeni tikilən stansiyada işığı yandırıb söndürməkdən ibarət olacaq.

Bunun üçün aylıq 2 300 dollar əmək haqqı təyin olunub. İşi qəbul edən şəxs səhər işığı yandırmaq, axşam iş gününün sonunda isə işığı söndürmək üçün stansiyaya getməlidir. Yeganə tələb işığın dəqiq vaxtında yandırılıb-söndürülməsidir.

Qeyd olunur ki, həmin vakansiyaya ABŞ, Tayvan, Filippin kimi ölkələrdən də müraciət edilib.

Vakansiya art eksperiment xarakteri daşıyır və cəmiyyətdə qeyri-bərabərliyin artmasına diqqət yönəltmək məqsədi daşıyır. Layihə İsveç İncəsənət Şurası və Nəqliyyat İdarəsi tərəfindən maliyyələşdirilir. Əməkhaqqı fondu 650 min dollardan ibarətdir. (trend)

Related posts

İlham Əliyev yeni təhsil nazirini qəbul etdi — YENİLƏNİB + FOTO/VİDEO

Admin

Qobuqırağı sakinləri: Konserv Zavodu tullantıları arxa buraxır

Admin

Bakı metrosu xüsusi karantin rejimi müddətində fəaliyyətini davam etdirəcək

Admin

Leave a Comment