8 C
Baku
30 Noyabr 2020
Dünya

Fransa ayağa qalxdı: daha bir qaradərili ölümü – Video

Fransada 2016-cı ildə polis avtomobilində ölən qaradərili gənc Adama Traore ilə bağlı etiraz aksiyası keçirilib.

“Adama Traore haqqında həqiqət” çağırışı ilə Ədalət Sarayı binasının önündə toplaşanlar polis zorakılığına etiraz edib.

Məlumata görə, etirazçılarla polis arasında qarşıdurma yaşanıb. Polisin gözyaşardıcı qazla müdaxilə etdiyi deyilir.

Aksiyaya 19 min insan qatılıb. Onların arasında “Sarı jiletlilər” də olub.

Qeyd edək ki, ekspertiza gəncin ölümündə polisin günahı olmadığını bildirsə də, Traorenin ailəsinin istəyi ilə yenidən aparılan ekspertiza onun boğularaq öldüyünü təsdiqləyib. Fransada nümayişlər məhz ekspertizanın nəticəsinin ictimaiyyətə açıqlandığı vaxt başlayıb.

Related posts

Braziliyada bir gündə 904 nəfər pandemiyanın qurbanı oldu

Admin

Türkiyə onları deşifrə etmək üçün çox iş görür – Küçük

Admin

Kreml atəşkəsə çağırış etdi

Admin

Leave a Comment