10 C
Baku
28 Noyabr 2020
Qarabağ

BMT TŞ Qarabağda kimi “işğalçı ordu” sayır? – Video

Düşünürəm ki, biz siyasətçi olaraq əlimizdə olan sənədlərin potensialından yetərincə istifadə etmirik. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. 822 saylı qətnamə Kəlbəcərlə bağlıdır. Diqqətlə baxanda görürük ki, sənəddə bir neçə məqamı biz arqument kimi istifadə etməmişik.
Musavat.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri parlamentdə çıxışı zamanı deputat Erkin Qədirli səsləndirib.
O deyib ki, ötən gün Şuşa ilə bağlı yaranan vəziyyətə görə bu çıxışı etmək qərarına gəlib:
“Sözügedən qətnamədə bəzi məqamlara diqqət çəkmək istərdim. Qətnamədə birinci hissə Azərbaycan-Ermənistan münasibətlərinin pisləşməsidir. Bu, beynəlxalq kontekstdir. İkincisi, silahlı qarşıdurmadan bəhs olunur. Üçüncüsü, sənəddə işğal faktı qeyd edilmir. Sözsüz ki, daxili münaqişələrdə işğal faktı olmur. İşğal iki ölkə arasında baş verən müharibə zamanı ortaya çıxır. Ancaq çox maraqlıdır ki, qətnamədə bütün işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılması məqamı qeyd edilib. Sözsüz ki, separatçılar işğalçı sayıla bilməz, çünki söhbət ölkə daxilində baş verən qarşıdurmadan gedir. Amma qətnamədə işğalçı ordunun Azərbaycan ərazilərindən çıxarılması tələbi səslənərkən sözsüz ki, Ermənistan silahlı qüvvələri nəzərdə tutulur”.

Related posts

Xankəndində azərbaycanlılara qarşı törədilən terrordan 32 il ötür

Admin

Qoşunlarda yay tədris dövrü başlayıb

Admin

Artilleriya bölmələrinin döyüş atışlı təlimləri keçirilib – VİDEO

Admin

Leave a Comment