8 C
Baku
30 Noyabr 2020
Sosial

Sabiq rektorun prokuror oğlu koronadan öldü

Bakı Dövlət Universitetinin sabiq rektoru Firudin Səməndərovun oğlu Yusif Səməndərovun dünyasını dəyişməsi ilə bağlı bəzi məqamlar bəlli olub.
Axar.az-a daxil olan məlumata görə, 44 yaşlı Yusif Səməndərov Bakı şəhər Prokurorluğunda çalışırmış. Onun koronavirus səbəbindən dünyasını dəyişdiyi bildirilir.
Y.Səməndərovun ölüm səbəbi müəyyənləşəndən sonra TƏBİB Bakı Prokurorluğunda onunla ünsiyyətdə olanları test edib və bir neçə prokurorda da testin nəticələri pozitiv çıxıb.
Hazırda həmin şəxslərin karantinə alındığı bildirilir.
Qeyd edək ki, F.Səməndərov 1992-93-cü illərdə BDU-nun rektoru olub.

 

Related posts

“Əlilliyi olan şəxslərin abilitasiyası qaydası”nın layihəsi hazırlanıb

Admin

Azərbaycanda məktəblər nə vaxt açılacaq? – Komitə sədrindən AÇIQLAMA

Admin

Oktyabrın 1-də gözlənilən hava şəraiti

Admin

Leave a Comment