9 C
Baku
29 Noyabr 2020
Əsas xəbər

Siyavuş Novruzovdan Naxçıvanla bağlı çağırış: “Orda yaşayan insandır, Azərbaycan vətəndaşıdır”

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında məsələnin müzakirəsi zamanı çıxış edən komitə sədri Siyavuş Novruzov Naxçıvan Muxtar Respublikası ilə bağlı narahatlığını bölüşdü.

O, Naxçıvanın Azərbaycanın digər ərazilərinə birbaşa quru yolla giriş-çıxışının olmadığını dedi: “Burdan mövsümü işə gedən var, fabrik-zavodlarda işləyənlər var, hamı professor deyil ki, 3 ay müddətinə Türkiyəyə gedənlər elə gəlib-qayıdanda orda işləməklərinin və yaşamağnın heç bir faydası olmayacaq. Nəzərə alınmalıdır ki, blokadada olan Naxçıvan Muxtar Respublikasının bəlkə heç vizaya ehtiyacı yoxdur. Hesab edirəm ki, buna bir balaca diqqətlə yanaşılmalıdır”.

Daha sonra S.Novruzov karantin dövrü ilə bağlı fikirlərini bölüşdü: “Naxçıvan da Azərbaycanın bir bölgəsidir. Bəs, bunun öləni, qalanı, xəstəsi var. Bunu Operativ Qərargah nəzər almalıdır. Qatar açılır, metro açılır, avtobus açılır, amma Naxçıvana təyyarə reysləri bərpa edilmir. Metrodakı sıxlıq təyarədəki sıxlıqdan 3 dəfə artıqdır. Deyirlər, ayın 8-i baxarıq, orda yaşayan insandır e, Azərbaycan vətəndaşıdır. Bu məsələlərə diqqətli olmaq lazımdır”.

E.Paşasoy,

Related posts

Mir Şahin: Oğrun-oğrun bərpa edir… – VİDEO

Admin

Rusiya hərbi gəmiləri Bakı limanını tərk etdi

Admin

Murad Adıgözəlzadədən həyat yoldaşını ittiham edən sabiq deputata REAKSİYA

Admin

Leave a Comment