13 C
Baku
27 Noyabr 2020
Siyasət

Azərbaycanda hər zaman iqtidar-xalq həmrəyliyi mövcud olub -RƏYLƏR

Ölkə başçısı daim xalqının və dövlətinin gücünə, vəhdətinə arxalanıb

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət təkcə ölkə vətəndaşlarının rifah halını yüksəltməyib, həm də iqtidar-xalq birliyinin yaranmasına gətirib çıxarıb. Məhz həyata keçirilən düşünülmüş siyasətin nəticəsidir ki, xalq ölkə başçısının yürütdüyü siyasəti birmənalı şəkildə dəstəkləyir. Millət vəkili Eldəniz Səlimov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən verilən qərarlar insanların, ölkə vətəndaşlarının firavanlığını, sosial rifahını təmin edir: “Azərbaycanın dövlət siyasətinin əsas hədəfi insanların yüksək rifahının təmin olunması və firavan, təhlükəsiz yaşamasıdır. Azərbaycan dövləti qarşısına qoyduğu məqsədlərə nail olmaqla, ölkənin sosial-iqtisadi inkişafının davamlılığını təmin etdi, regionlarda abadlıq- quruculuq işlərinin aparılmasına şərait yaratdı. Belə ki, regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan ilk Dövlət Proqramı düz 14 il öncə- 2004-cü ildən başlayaraq həyata keçirildi və ötən müddət ərzində də 3 Dövlət Proqramının yüksək, uğurlu şəkildə icrası baş tutdu. Artıq bu ilin əvvəlindən 4-cü Dövlət Proqramının icrasının başlanıldı. Ümumiyyətlə, dövlət proqramlarının icrası nəticəsində regionlarımız xeyli inkişaf etdi. Şəhər və kəndlərimiz abadlaşdı, siması gözəlləşdi, büsbütün dəyişdi, müasirləşdi, insanların rahatlığı üçün hər cür şərait yaradıldı. Yeni iş yerləri yaradıldı, açıldı. Konkret rəqəmlərlə ifadə etmiş olsaq, son 15 il ərzində 2 milyon yeni iş yeri yaradıldı. Bu iş yerlərinin böyük hissəsi bölgələrin payına düşür. Kənd təsərrüfatı 1,7 dəfə artdı. Ölkə əhalisinin sayı isə 1,6 milyon artdı və bir müddət öncə 10 milyonu keçdi. Bu da çox gözəl göstəricidir. Yəni, əhali nə qədər çox olarsa, ölkəmiz də o qədər sürətlə inkişaf edər”.

Onun sözlərinə görə, bütövlükdə Azərbaycanda aparılan iqtisadi, siyasi islahatlar, ölkəmizin güclənməsi bizə dünyada gedən riskli proseslərdən özümüzü qorumağa imkan yaratdı. Azərbaycan sabitlik, təhlükəsizlik məkanına, adasına çevrildi: “Ölkə prezidentinin də bəyan etdiyi kimi, “Yaxın tarix əyani şəkildə göstərdi ki, sabitlik pozulanda ölkələr çox pis vəziyyətə, idarəolunmaz vəziyyətə düşür, iqtisadiyyat çökür, sənaye iflic olur, insanlar əziyyət çəkir və sonra bu vəziyyətdən çıxmaq üçün onilliklər lazım olur. Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir. Çünki bu siyasət xalqımızın rifah halının yaxşılaşmasına hesablanıb. Bu siyasət ölkəmizin güclü dövlətə çevrilməsinə hesablanıb. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan dünyanın müxtəlif kürsülərindən öz sözünü açıq deyir, öz müstəqil siyasətini aparır, öz maraqlarını tam şəkildə qoruyur…”. Bir sözlə, ölkəmiz müasirləşir, yeniləşir, demokratik təsisatlar inkişaf etdirilir. Bunun nəticəsində ölkəmiz siyasi, iqtisadi humanitar mərkəzə, dialoq məkanına çevrilib. Dünya gündəmində olan bir sıra beynəlxalq tədbirlərin keçirilməsinə ev sahibliyi edirik. Eyni zamanda, Azərbaycan demokratik dəyərlərə və insan haqlarına sadiqdir. Bu da bizim öz könüllü seçimimizdir. Biz təhdid, təzyiq, diktə altında heç bir seçim etmirik. Artıq Azərbaycanla təhdid, təzyiq, diktə dilində danışmaq dövrü çox-çox geridə qalıb. Bu gün Azərbaycan dünyanın hesablaşdığı, rəyini nəzərə aldığı güclü, qüdrətli, suveren, müstəqil bir məmləkətdir və bu yolla da irəliyə doğru əzmlə, qətiyyətlə addımlayır. Bu yolda da nə “siyasi mühacir”lər, nə “söyüş müxalifəti”, nə də onları körükləyən, alətə çevirən antiAzərbaycan dairələr bizə əngəl, mane ola biləcəklər. Heç nə alınmayacaq, heç bir cəhd baş tutmayacaq. Bu, mümkün deyil. Necə deyərlər, yel qayadan heç nə aparmayıb və apara bilməyəcək”.

Millət vəkili Kamilə Əliyeva qeyd edib ki, Prezident İlham Əliyev 16 illik hakimiyyəti dövründə hər zaman öz fəaliyyətində, öz addımlarında  xalqın dəstəyinə, Azərbaycan xalıqının və dövlətinin gücünə, vəhdətinə, həmrəyliyinə arxalanıb, bu gün də belədir. Hər zaman iqtidar-xalq həmrəyliyi, monolitliyi  mövcud olub, bu həmrəylik, bu monolitlik son bir il yarımda, 2018-ci ilin 11 aprel seçkilərindən sonra daha da güclənib, möhkəmlənib. Çünki dövlət başçısının gördüyü bütün işlərin əsasında Azərbaycanın dövlət və milli maraqları, ölkənin inkişafı, təhlükəsizliyinin və xalqın firavan həyatının təmin edilməsi amili dayanır. Onun sözlərinə görə, ölkə prezidenti hər bir addımında daim Azərbaycan xalqının milli maraqlarını, dövlət və dövlətçilk maraqlarını üstün tutur: “Dövlət başçısı üçün bütün maraqlar milli maraqlardan, dövlətçilik maraqlarından qat-qat sonra gəlir. Onun  üçün Azərbaycan xalqı və dövlətinin maraqları hər zaman və hər şeydən öndədir. Bunu onu hər bir addımından görmək mümkündür. Bunun əksini kimsə söyləyə və düşünə bilərmi? Əsla və qətiyyən, xeyr!  Məhz Azərbaycan dövləti və xalqının maraqları hər şeydən və hər zaman üstün tutulduğu, öndə gəldiyi üçün bu gün Azərbaycanla hesablaşılır, onun rəyi, fikri, mövqeyi nəzərə alınır, Azərbaycan dünyanın və regionun söz və nüfuz sahiblərindən biri kimi qəbul olunur. Bu gün işğalçı və təcavüzkar Ermənistan regionda həyata keçirilən bütn transmilli, qlobal layihələrdən kənarda saxlanılır. Nəyə görə? Məhz ona görə ki, istər Ulu öndər Heydər Əliyevin dönəmində, istərs də cənab prezidentin 16 illik hakimiyyəti dövründə Azərbaycan milli və dövlət maraqları ən öndə tutulub”.

Millət vəkili əlavə edib ki, ölkə prezidenti demək olar ki, bütün çıxışlarında, xüsusilə də, beynəlxalq tribunalardan, kürsülərdən səsləndirdiyi bütün bəyanatlarında “Ermənistan işğaldan əl çəkməyincə, işğala son qoymayınca, heç bir layihədə iştirak etməyəcək, təcrid siyasəti davam edəcək”-deyə, bəyan edir: “Bundan böyük, bundan yüksək milli və dövlət maraqları gözlənilə, nəzərdə tutula, təmin edilə bilərmi? Cavab heç şübhəsiz ki, məlumdur. Milli və dövlət maraqları daim üstün tutulduğu üçün Azərbaycanın sabit və təhlükəsiz inkişafı, yaşayışı mümkün olub, Azərbaycan cənab prezidentin də dediyi kimi, nəinki bölgənin, bütövlükdə dünyanın sabitlik və təhlükəsizlik adasına çevrilib. Əgər Azərbaycanda təhlükəsizlik, sabitlik və bunların məntiqi nəticəsi kimi, inkişaf, yüksəliş, təqəqqi təmin edilməsəydi, ölkəmiz beynəlxalq toplantıların, humanitar forumların, musiqi və idman yarışlarının möhtəşəm şəkildə keçirildiyi bir məkana çevrilməzdi. Ölkəmizə turist axını baş verməzdi, on minlərlə, yüz minlərlə insan başqa turist məkanlarını qoyub, Azərbaycana axın etməz, üz tutmazdı. Turistlər məhz o ölkələrə, o məkanlara üz tuturlar, axın edirlər ki, ilk növbədə orada sabitlik, sakitlik, onların təhlükəsizliyi təmin edilmiş olsun.

Related posts

“Ermənistan başından böyük işlərə girişib” – Hulusi Akar

Admin

Paşinyan, bu dəfə alınmayacaq! – “Dünya hər şeyi yaxşı görür”

Admin

Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi birgə məlumat yayıb

Admin

Leave a Comment